Mis.Az - Son Xeberler
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb.
Mis.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Yaxın Şərqdəki mövcud vəziyyət, eləcə də ABŞ Prezidenti Trampın Qəzza planı müzakirə edilib. Telefon danışığı zamanı Putin Rusiyanın Fələstin probleminin beynəlxalq hüquq normaları çərçivəsində hərtərəfli həlli ilə bağlı qətiyyətli mövqeyini bir daha təsdiqləyib.
Digər regional məsələlər üzrə də fikir mübadiləsi aparılan görüşdə xüsusilə İranın nüvə proqramı ilə bağlı vəziyyətin danışıqlar yolu ilə həlli və Suriyada sabitliyin daha da gücləndirilməsi məsələləri müzakirə edilib.
Ana Sehife