![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsini Azərbaycanın, köklü tariximizin izlərini daşıyan gözəl şəhəri Qəbələdə keçirdik.
Mis.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb
"İmzalanmış Qəbələ Bəyannaməsinin, başda Türk dünyası olmaqla, bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram.Təşkilatın geridə qoyduğu 16 il kimi qısa müddətdə “dildə, fikirda, işdə birlik” şüarı ilə əldə etdiyi uğurlara yenilərini əlavə edirik. Belə bir dövrdə zirvəmizin mövzusunun “Regional Sülh və Təhlükəsizlik” olaraq müəyyən olunmasını son dərəcə yerində və mənalı hesab edirik.
Digər əlaqədar beynəlxalq təşkilatlar və ittifaqlarla qarşılıqlı əlaqədə səsini və gücünü ortaya qoyan bir vizyonu həyata keçirə bilməliyik. Bu baxımdan, bu gün üzərində razılıq əldə etdiyimiz TDT Plus formatının üçüncü tərəflərlə əməkdaşlığımıza yeni nəfəs gətirəcəyinə ürəkdən inanıram. Terrorizm, qeyri-qanuni miqrasiya, kibertəhlükələr və iqlim dəyişikliyi kimi məsələlərə qarşı ortaq bir mövqe ilə cavab verə biləcəyimizə, öz göy qübbəmiz altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizə inanıram. İyul ayında keçirilmiş Türk Dövlətləri Təşkilatının Müdafiə Sənayesi Qurumlarının Birinci Toplantısını bu baxımdan əhəmiyyətli bir addım olaraq qiymətləndirirəm.
Nəqliyyat, enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahəsindəki təşəbbüslərimizi də bu yanaşmanın tamamlayıcı hissələri kimi görürük. Aramızdakı enerji və rabitə əlaqələrini daha səmərəli hala gətirəcək layihə və investisiyalara yönəlməyimiz hamımızın mənafeyinə uyğundur. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında sərhədin birləşmə nöqtəsinə dair mart ayında imzalanmış anlaşmanı da məmnuniyyətlə qarşılayırıq.
Zirvəmizin xeyirlərə vəsilə olmasını diləyir, Azərbaycana və dəyərli qardaşım cənab Əliyevə mükəmməl ev sahibliyinə görə təşəkkürümü bildirirəm".