![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Qarşıdakı onilliklərdə milyonlarla insan kosmosda yaşayacaq".
Mis.az "Financial Times"ə istinadən xəbər verir ki, bu sözləri "Amazon"un qurucusu Ceff Bezos İtaliyanın Turin şəhərində keçirilən "Italian Tech Week" tədbirində çıxışı zaman deyib.
Həm də "Blue Origin" şirkətinin də qurucusu olan Bezos insanların kosmosda yaşamasının əsasən öz seçimləri olacağını bildirib. Onun sözlərinə görə, gələcəkdə ağır işləri robotlar görəcək, böyük süni intellekt məlumat mərkəzləri isə kosmosda yerləşəcək.