Mis.Az - Son Xeberler
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.
Mis.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Ana Sehife