Mis.Az - Son Xeberler
Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 648 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Aparılan hesablamalara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % azdır.
Kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə sentyabr ayında isə 36 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 44 % azdır.
2024-cü ildə dövlət qurumlarına 1 070kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Ana Sehife