Mis.Az - Son Xeberler
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Mis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb
Bildirilib ki, oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Ana Sehife