Mis.Az - Son Xeberler
ABŞ Hərbi Dəniz Qüvvələrinin Birinci Dünya Müharibəsi zamanı itkin düşən “USS F-1” sualtı qayığı tapılıb.
Mis.az xəbər verir ki, “USS F-1” sualtı qayıq Sakit okeanın 396 metr dərinliyində tapılıb. San Dieqo sahillərində aparılan axtarışlar zamanı üzə çıxarılan gəminin qalıqları 108 ildən sonra ilk dəfə ətraflı nümayiş edilib. Hərbi Dəniz Qüvvələrinin qeydlərinə görə, “USS F-1” 1917-ci ildə təlim məşqi zamanı sıx duman səbəbindən “F-3” gəmisi ilə toqquşub. Sualtı qayıq toqquşmadan sonra batıb. Məlumata görə, 24 ekipaj üzvündən 19-u həlak olub və 5 dənizçi sağ qalıb. Gəminin qalıqları o vaxtdan bəri tapılmamışdı. Axtarış “Woods Hole Okeanoqrafiya” institutu tərəfindən koordinasiya edilib.
Missiyada avtonom robotdan da istifadə edib. Komanda müasir texnikalardan istifadə edərək sualtı qayığın gövdəsinin və ətrafının xəritəsini çəkib. Qalıqlara müdaxilə edilməyib.
Ana Sehife