Mis.Az - Son Xeberler
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin ilk yarısı ərzində investisiyaşirkətlərinin xalis mənfəəti 67% (2.9 mln.manat) azalaraq 1.5 mln. manat olub.
Mis.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, investisiya şirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillər artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə, inzibati xərclər olub.
2024-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 23% (42 mln. manat) azalaraq 140 mln. manat, öhdəlikləri isə 33% (42 mln. manat) azalaraq 86 mln. manat təşkil edib. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması olub.
Ana Sehife