Mis.Az - Son Xeberler
Rusiya ordusu Sumı vilayətində sərnişin qatarına zərbə endirib.
Mis.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Sumı vilayətində yerləşən Şostka-Kiyev marşrutu üzrə hərəkət edən sərnişin qatarına zərbəsi nəticəsində ən azı 30 nəfər yaralanıb.
Ukrayna prezidenti Vladimir Zelenski hücumla bağlı yayılan videonu təqdim edərək bildirib ki, rusların dinc əhalini hədəf alması qəbuledilməzdir və dünya bu terrora laqeyd qala bilməz.
Ana Sehife