Mis.Az - Son Xeberler
“Real Madrid”in futbolçusu Arda Güler barədə yeni iddialar dərc edilib.
Mis.az xəbər verir ki, bir sıra klublar Ardanın xidmətində maraqlıdır. “Fichajes”də dərc edilən xəbərə görə, “Tottenhem Hotspur”, “Nyukasl Yunayted”, “Arsenal”, “Milan”, “Borussia Dortmund” və “Leyspiq”dən olan skautlar Arda Gülerin matçlarını izləyir. Xəbərdə deyilir ki, “Real” Ardanı başqa kluba göndərmək istəmir. İddialara görə, transfer Arda ehtiyatda qalacağı təqdirdə reallaşa bilər. Lakin Arda əsas heyət oyunçusu olduğuna görə, bu transferin reallaşmasının çətin olduğu irəli sürülür.
Qeyd edək ki, Arda Güler Xabi Alonsonun rəhbərliyi ilə əsas heyətdə yerini təmin edib.
Ana Sehife