Mis.Az - Son Xeberler
Qəzzadakı vəziyyət müasir bəşər tarixinin dəhşətli hadisəsidir.
Mis.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Fələstin dövlətinin yaradılması ümumi həllin əsas elementidir. ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planına münasibət bildirən Putin bəyan edib ki, bu plan iki ayrı dövlətin qurulmasına səbəb olmalıdır. Putin, “Bu, daim vurğuladığımız son məqsədə çatmağa kömək edərsə, Rusiya bu planı dəstəkləməyə hazırdır. Təbii ki, bu təklifi diqqətlə nəzərdən keçirmək lazımdır. Təbii ki, təklifləri diqqətlə araşdırmalıyıq” - deyə bildirib.
Vladimir Putinin sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul ediləndən bəri həmişə iki dövlətin - Fələstin və İsrailin yaradılmasının tərəfdarı olub.
Ana Sehife