Mis.Az - Son Xeberler
“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Mis.az xəbər verir ki, forvard Qazaxıstanın “Kayrat” komandası ilə səfərdə 5:0 hesabı ilə başa çatan matçda het-trik edib. Fərdi mükafat üçün səsvermədə fransalı futbolçu “Mançester Siti”dən Erlinq Haalandı, “Bodo-Qlimt”dən Yens Petter Huqeni və “Napoli”dən Rasmus Hoylundu qabaqlayıb.
Ana Sehife