Mis.Az - Son Xeberler
"Uğur olan yerdə təbriklər, xoş sözlər daha çox olacaq. Uğurun uğursuzluğu da var. Buna hazır olmalıyıq ki, bu haqda mərhələni necə adlayacağıq".
Mis.az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının liqa mərhələsinin II turunda "Kopenhagen"i məğlub etdikdən sonra keçirilən mətbuat konfransında bildirib.
O, Türkiyədə də "Qarabağ" azarkeşlərinin olduğunu ifadə edib:
"Qardaş Türkiyədə "Qarabağ"a dəstək olunması bizimçün böyük bir dayaqdır, sevincdir. Mən də "Qalatasaray"ı təbrik edirəm. Biz də Türkiyə klublarının hər birinə uğurlar arzu edirik".
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife