Mis.Az - Son Xeberler
"Əvvəldən "Qarabağın" güclü oldugunu bilirdik".
Mis.az-ın məlumatına görə, bunu “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Qarabağ”a 2:0 hesabı ilə məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında bildirib.
O çox cətin bir oyun gozlədiklərini deyib:
"Çətin oyunun da şahidi olduq. Oyun 50-50-yə getdi. "Qarabağ" çox yüksək keyfiyyət nümayiş etdirdi. Birinci hissədə "Qarabağ" çox yaxşı idi. Biz zəif başladıq oyuna. İkinci hissədə biz aktivlik göstərdik. Amma çox təəsüf ki, biz bir neçə dəfə şanslarımızı dəyərləndirə bilmədik. Ümumi olaraq "Qarabağ" qalib gəldi və buna layiq idi. Biz iki dəfə oynamışıq. 2017-də də oynamışdıq. Səfərdə bu gün məğlub olduq. Amma bütün rəqiblərə hörmət edirik. "Qarabağ" Avropa təcrübəsi olan komandadır. Biz bilirdik çətin olacaq. "Qarabağ"ın çox yüksək texniki bacarıqları olan oyunçuları var. Çox yüksək təcrübəyə malik baş məşqçisi var. "Qarabağ" çox mükəmməl başladı və bu gün mükəmməl vəziyyətini nümayiş etdirdi. "Qarabağ"a uğurlar arzu edirəm".
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife