Mis.Az - Son Xeberler
Ukrayna Avropa İttifaqı ölkələrində dondurulmuş Rusiya aktivlərindən 4 milyard avro əldə edib.
Mis.az xəbər verir ki, bu barədə Avropa Komissiyası açıqlama verib. Açıqlamaya görə, Avropa İttifaqı Ukraynaya 4 milyard avroluq yeni maliyyə yardımı edib. Bildirilib ki, maliyyənin 2 milyard avrosu Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına yönəldiləcək. Açıqlamada deyilir ki, Avropa İttifaqı indiyədək Ukraynaya 178 milyard avroya qədər vəsait ayırıb.
Qeyd edək ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Avropa İttifaqı və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro valyuta ehtiyatını dondurub.
Ana Sehife