Mis.Az - Son Xeberler
Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mis.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində N. Mirzəyevə hökm elan edilib.
O, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxs 6 milyonluq mənimsəmədə təqsirli hesab edilir. O, bu məbləğin 343 min 810 manatını dövlət büdcəsinə ödəyib.
Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqustunda Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs edilib.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.
Ana Sehife