Mis.Az - Son Xeberler
Çempionlar Liqasının Liqa mərhələsində "Liverpul"u Türkiyədə 1-0 hesabı ilə məğlub edən “Qalatasaray” klubu oyundan sonra paylaşım edib.
Mis.az xəbər verir ki, paylaşımda “Liverpul”un məğlubiyyətinə İngiltərə klubunun 2005-ci ildəki tarixi qələbəsi ilə diqqət çəkilib. Paylaşımda, “İstanbulda tək möcüzəniz hələ də 2005-ci ildir" - deyə qeyd edilib.
Qeyd edək ki, 2005-ci ildə Çempionlar Liqasının final matçında “Liverpul” 0-3 hesabı ilə geridə olduğu oyunda əvvəlcə hesabı bərabərləşdirib ardınca penaltilərdə daha dəqiq oynayaraq qalib gəlib.
Ana Sehife