Mis.Az - Son Xeberler
Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.
Mis.az xəbər verir ki, 1 oktyabr Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 106 illiyi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanıb.
Azərbaycan Prokurorluğunun tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əsasların qoyulması ilə başlayıb. Cümhuriyyətin süqutundan sonra sovet dövründə qurum yenidən təşkil olunmuş, müstəqillik illərində isə genişmiqyaslı islahatlar həyata keçirilib. 1995-ci ildə qəbul edilən Konstitusiya prokurorluğu vahid mərkəzləşdirilmiş dövlət orqanı kimi təsbit edib, 1999-cu ildə “Prokurorluq haqqında” Qanun onun fəaliyyət istiqamətlərini dəqiqləşdirib.
Bu gün Azərbaycan Prokurorluğu həm zəngin tarixi irsi, həm də müasir çağırışlara cavab verən fəaliyyəti ilə qanunun aliliyinin qorunmasında və vətəndaşların hüquqlarının müdafiəsində mühüm rol oynayır.
Ana Sehife