Mis.Az - Son Xeberler
Bu il sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 47 milyard 766,9 milyon manat təşkil edib.
Mis.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, aylıq müqayisədə 0,2 %, ilin əvvəli ilə müqayisədə 2,7 %, ötən il sentyabrın 1-nə nisbətən 6,1 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 36 milyard 806,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,4 %, ilin əvvəli ilə müqayisədə də 0,4 %, ötən ilin eyni dövrünə nisbətən 4,35 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 126,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 0,4 % çox, ilin əvvəli ilə müqayisədə 1,75 % az, ötən ilin eyni dövrünə nisbətən 2,9 % çoxdur.
Sentyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 828,6 milyon manat olub ki, bu da aylıq müqayisədə 1 %, ilin əvvəli ilə müqayisədə 6,1 %, ötən ilin eyni dövrünə nisbətən 5,9 % çoxdur.
Ana Sehife