Mis.Az - Son Xeberler
Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.
Mis.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki bu, avqustun 1-i ilə müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə0,07 bənd, ötən il sentyabrın 1-nə nisbətən isə 0,06 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Ana Sehife