Mis.Az - Son Xeberler
Ödənişli əsasla qəbul olan tələbələrdən bəziləri dövlət sifarişli təhsil ala biləcəklər.
Dövlət İmtahan Mərkzinin sədri Məleykə Abbaszadə bildirib ki, yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək. Bəzi ödənişli əsaslarla təhsil alan tələbələr də dövlət sifarişi üzrə təhsillərini davam etdirə biləcəklər.
Mtebuat.az xəbər verir ki, təhsil eksperti Elşən Qafarov qeyd edib ki, bu, ölkədə ümumiyyətlə ödənişli təhsilin tamamilə aradan qaldırılmasına hədəflənən addımlar sırasındadır.
Bəs dövlət sifarişli təhsilə keçiriləcək tələbələr kimlərdir? Elşən Qafarov bildirib ki, bu, dövlətin əmək bazarına uyğun olaraq verdiyi sifariş əsasında müəyyən ediləcək. Balı yüksək olmayanlar da bu güzəştdən yararlana biləcəklər.
Ekspertin fikrincə, dövlət sifarişinin əhatəliliyi genişləndiyi təqdirdə bundan həm dövlət, həmçinin özəl ali məktıəb tələbələri yararlana biləcəklər.
Daha ətraflı "Xəzər Xəbər"in videosunda:
Ana Sehife