Mis.Az - Son Xeberler
“Atletiko Madrid” - “Real Madrid” oyununda qonaqların prezidenti Florentino Peresin görüntüləri sosial mediada müzakirə edilib.
Mis.az xəbər verir ki, görüntülərdə Peresin sevincli olduğu müşahidə edilib. Görüntünün Arda Gülerin qolundan sonra lentə alındığı irəli sürülür. Əksər matçlarda sakit davranışı ilə tanınan Peres “Metropolitano” tribunalarında təbəssümü ilə diqqət çəkib.
Qeyd edək ki, “Real Madrid” 2-1 hesabı ilə irəlidə olsa da, 5-2 hesabı ilə məğlub olub. “Real”ı irəli çıxaran qola Vinisiusun ötürməsindən sonra Arda Güler imza atmışdı.
Ana Sehife