Mis.Az - Son Xeberler
Bu ilin ilk 8 ayında Azərbaycan 152 milyon 464.88 min ABŞ dolları dəyərində pambıq ixrac edib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.48% azdır.
Hesabat dövründə Azərbaycandan pambıq idxalının dəyəri isə 6 milyon 273.92 min ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 5.49% çoxdur.
Yanvar-avqust aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0.89%-ni, idxal isə ümumi idxalın 0.04%-ni təşkil edib.
Ana Sehife