Mis.Az - Son Xeberler
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 39,8 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,3 % çoxdur.
Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 64,5 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 0,6 % çoxdur.
Ana Sehife