Mis.Az - Son Xeberler
Azərbaycanda elektrik və hibrid avtomobillərinin idxalına tətbiq olunan güzəştlər 2026-cı il yanvarın 1-dək qüvvədədir. Hələlik bu müddətin uzadılıb-uzadılmayacağı barədə dəqiq məlumat yoxdur. Bəs əgər güzəştlər ləğv olunsa, bu, onların satışına hansı təsiri göstərə bilər? İkinci əl avtomobillərin qiymətləri nə dərəcədə arta bilər?
İqtisadçı ekspert Eyyub Kərimli Mis.az-a açıqlamasında bildirib ki, güzəştlər ləğv olunsa, ölkədə yeni avtomobil parkının yenilənməsinə mənfi təsir göstərəcək və bu halda yeni avtomobillərin ölkəyə idxalı azalacaq:
"Çünki güzəştlər əsasən elektrikli avtomobil növlərinin sayının artmasına xidmət edirdi. Bu baxımdan, gələcəkdə ikinci əl avtomobillərin də qiymətlərinin artmasına səbəb ola bilər. Çünki hazırda ikinci əl avtomobillərə tələbat azaldığı üçün onlar daha ucuz qiymətə satılır. Bu baxımdan güzəştlərin tətbiqi həm ölkədə avtomobil parkının yenilənməsinə müsbət təsir göstərirdi, həm də ekoloji cəhətdən təmiz avtomobillərin idxalını stimullaşdırırdı".
E.Kərimli qeyd edib ki, hazırda ölkədə avtomobil parkının təxminən 80 faizi 10 ildən çox yaşı olan nəqliyyat vasitələrindən ibarətdir. Bunların əksəriyyəti köhnə mühərrik sisteminə malikdir və bu da ekoloji tarazlığın pozulmasına mənfi təsir göstərir.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife