Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Qətər İranın ABŞ-nin ölkədəki hərbi bazasına hücumunu qınayıb.
Mis.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada deyilir ki, İran “Əl-Üdeyd” bazasına hücum etməklə Qətərin suverenliyini pozub. Bildirilib ki, İran həmçinin BMT Nizamnaməsini pozub. Bəyanatda qeyd edilib ki, Qətər beynəlxalq hüquqa uyğun olaraq İranın açıq təcavüzünə cavab vermək hüququnu özündə saxlayır.
Qeyd edək ki, İran ABŞ-nin Dohadakı hərbi bazasına raket zərbəsi endirib. “Reuters” agentliyinin məlumatına görə, hərbi bazaya 6 raket buraxılıb. İran tərəfi Qətərlə yanaşı İraqa da raketlər buraxıldığını bəyan edib. Qətər tərəfi raketlərin zərərsizləşdirildiyini açıqlayıb. Bundan əvvəl ABŞ hərbi hava qüvvələri İranı bombalamışdı.