Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ Prezidenti Donald Tramp neftin qiymətini aşağı səviyyədə saxlamağa çağırıb.
Mis.az xəbər verir ki, Tramp bununla bağlı sosial media hesabında açıqlama verib. Tramp neftin qiyməti ilə bağlı məsələni müşahidə etdiyini və qiymətləri qaldırmamağa çağırıb. O bildirib ki, neftin qiymətinin bahalaşması düşmənlər tərəfindən məmnunluqla qarşılanır. ABŞ-nin energetika naziri Chris Vright Trampın bu paylaşımına "Biz maraqlıyıq. Prezident Trampın rəhbərliyi sayəsində Amerikanın enerji təhlükəsizliyi heç vaxt bu qədər güclü olmayıb" - deyə cavab verib.
Qeyd edək ki, ABŞ-nin İrandakı üç nüvə obyektinə hava zərbələri endirməsi Yaxın Şərqdə gərginliyi artırıb.