Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İrana hücumlar əsassız təcavüzdür.
Mis.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçini Kreml sarayında qəbul Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. Putin Rusiya ilə İranın etibarlı əlaqələrinə diqqət çəkərək, Moskvanın İran xalqına kömək etmək üçün səy göstərdiyini ifadə edib. Rusiyanın Yaxın Şərqdə baş verən proseslərə yanaşmasının bəlli olduğunu açıqlayan Putin İsrailin İrana hücumlarını qınayıb. O, “Rusiya Xarici İşlər Nazirliyi bizim yanaşmamızı açıq şəkildə ifadə edib və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında tutduğumuz mövqeyi bilirsiniz" - deyə bildirib.
Əraqçi Rusiyanın tarixin doğru tərəfində olduğunu ifadə edərək, "İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri qeyri-qanunidir və İranın özünü qorumaq haqqı var. Bu hərəkətləri qınadıqları üçün rusiyalı həmkarlarımıza minnətdarıq" - deyə bəyan edib.