Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Mis.az-a Hilli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Naxçıvan MR, Şəmkir, Samux, Göygöl, Gədəbəy, Oğuz, Şamaxı, Şirvan, Ağsu, Qəbələ, İsmayıllı, Salyan, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallı, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Siyəzən, Ağdam, Ağcabədi, İmişli, Zərdab, Kürdəmir, Beyləqan, Saatlı, Sabirabad, Göyçay, Ucar, Ağdaş, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Şuşa, Xocavənd, Xankəndi, Ağdərə, Cəbrayıl, Qubadlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Şəki, Balakən, Qax, Zaqatala, Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən, Yevlax, Bərdə, Tərtər, Gəncə, Qazax, Ağstafa, Tovuz, Qobustan, Neftçala, Hacıqabulda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.