Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Viktor Osimhen "Yuventus"a transfer olmağa razılıq verib.
Mis.az xəbər verir ki, Turin nəhəngi bu transferi reallaşdırmaq üçün bəzi maneələri həll etməlidir. "La Gazzetta dello Sport"un məlumatına görə, Osimhen "Yuventus”a transfer olmağa etiraz eməsə də, yekun qərarını hələ verməyib. Bu transferdə maneələrdən biri Duşan Vlahoviçdir. "Yuventus" Osimheni heyətinə qatmazdan əvvəl Vlahoviçi klubdan göndərməlidir. Lakin serbiyalı forvard "Fənərbaxça" da daxil olmaqla bir çox klubun təklifini rədd edib və onun Avropanın nəgəng klublarına transfer olmaq istədiyi irəli sürülür. Viktor Osimhenin müqaviləsindəki 75 milyon avroluq sərbəst qalma bəndi yalnız A Seriyasından kənar klublara aid edilir. Bu o deməkdir ki, "Yuventus" "Napoli"nin prezidenti Aurelio De Laurentislə oturub xüsusi transfer haqqını müzakirə etməli olacaq.
Xəbərdə "Qalatasaray"ın Osimheni heyətində saxlamaq istədiyi və nigeriyalı ulduzun klubdakı münasibətdən razı olduğu bildirilib. “Əl-Hilal”ın təklifini rədd edən Osimhen karyerasını Avropada davam etdirmək istəyir.