Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Arsenal" “Real Madrid”in futbolçusu Rodriqonu transfer etmək üçün hərəkətə keçib.
Mis.az xəbər verir ki, Rodriqo “Real”dan ayrılmaq istəyir. “Diario AS” xəbər verir ki, "Arsenal" bundan əvvəl Niko Uilyamsı transfer etmək istəsə də, reallaşmayıb. Ardınca klub Rodriqo üçün hərəkətə keçib. İddialara görə, “Real” futbolçu üçün 75 milyon avro tələb edib. “Arsenal” bu tələbi qarşılamağa razılıq verib. Futbolçu isə “Arsenal”dan illik 12 milyon avro tələb edib. “Arsenal”ın bu qədər maaş ödəmək istəmədiyi irəli sürülüb.
Qeyd edək ki, Rodriqonun klubda Mbappe və Bellinghem kimi futbolçulara nümayiş etdirilən rəğbətdən narazı olduğu barədə xəbərlər dərc edilmişdi.