Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İsrailin müdafiə naziri İsrael Katz Livan təşkilatı “Hizbullah”ı İsrailə qarşı düşmən fəaliyyətindən çəkinməyə çağırıb.
Mis.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
O bildirib ki, əgər “Hizbullah” İranın tərəfində çıxış edərsə, tamamilə məhv edilə bilər.
Nazir vurğulayıb ki, onlar İranın göstərişi ilə İsrailə qarşı təhdidlər səsləndirir.
“Livanın bu təşkilatına xəbərdarlıq edirəm: İsrail artıq ona qarşı təhdidlərə dözümlü yanaşmır. Əgər terror olacaqsa, "Hizbullah" olmayacaq",- o qeyd edib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.