Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“İlkin səhiyyə xidməti çərçivəsində psixoloji xidmətlər icbari tibbi sığorta hesabına göstərilir”.
Bunu Mis.az-a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova söyləyib.
O qeyd edib ki, vətəndaşlar psixoloji dəstək xidmətindən yararlanmaq üçün aidiyyəti üzrə ilkin səhiyyə müəssisələrinə – ailə sağlamlıq mərkəzlərinə, poliklinikalara, kənd həkim məntəqələrinə müraciət edə bilərlər.
Sevinc İbrahimzadə / Mis.az