Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Qalatasaray" "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanı transfer etmək üçün danışıqları davam etdirir.
Mis.az xəbər verir ki, futbolçu “Qalatasaray”da oynamaq istədiyini ifadə edib. “beIN Sports”da dərc edilən xəbərə görə, İlkay Gündoğan istəyi barədə "Qalatasaray"a mesaj göndərib. İddialara görə, futbolçu "Qalatasaray"dan illik 5 milyon avro məvacib tələb edib.
Qeyd edək ki, "Qalatasaray"ın “İnter”in futbolçusu Hakan Çalhanoğlunun da xidmətində maraqlı olduğu iddia edilir. İddialara görə, “İnter” yüksək transfer haqqı tələb etdiyinə görə, "Qalatasaray" bu transferdən imtina edə bilər.