Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Gələcəkdə Qobustan Rayon Mərkəzi Xəstəxanasında regional Travmatoloji, Oftalmoloji və LOR mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Mis.az-ın məlumatına görə, bu barədə xəstəxananın direktoru Günay Muradova məlumat verib.
Onun sözlərinə görə, yaxın zamanda doğum şöbəsinin “Doğuşa Yardım üzrə II səviyyə”yə yüksəldilməsi planlaşdırılır:
"Eyni zamanda, MRT müayinələrinin aparılması istiqamətində də işlər görülür ki, bu da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artıracaq".
Günay Muradova əlavə edib ki, müəssisənin reyestr məbləğinin artırılması, xərclərin optimallaşdırılması və xəstəxananın regionda ilk dəfə olaraq mənfəətə çıxması da əsas hədəflər arasındadır.
"Bundan əlavə, fizioterapiya şöbəsinin ambulator xidmətlərdən stasionar xidmətə keçirilməsi də planlaşdırılır".
Sevinc İbrahimzadə / Mis.az