Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İran Hərbi Hava Qüvvələri İsrailə raket zərbələrinə başlayıb.
Mis.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İrandan İsrailə raket atışları təsbit edildikdən sonra ölkənin şimalında xəbərdarlıq sistemləri işə salınıb. Hazırda Hərbi Hava Qüvvələri onların qarşısını almaq üçün çalışır”, - məlumatda deyilib.
Açıqlamada bildirilib ki, İrandan ölkə ərazisinə ümumilikdə 10 raket atılıb.
İsrail KİV yazıb ki, İrandan atışların davam etməsi səbəbindən şimal bölgəsində həyəcan siqnalları yenilənir.