Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.
Mis.az xəbər verir ki, Tramp İran problemini həll etmək üçün ABŞ Ordusundan istifadə etmək istəmədiyini, lakin Vaşinqtonun səbrinin tükəndiyini vurğulayıb.
Bundan əlavə, o bildirib ki, İranın ali lideri Əli Xameneyinin yerini bilir, buna baxmayaraq Vaşinqton hələlik onu aradan götürməyi planlaşdırmır.