Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça" “Tottenhem”in futbolçusu Heung Min-Sonla razılıq əldə edib.
Mis.az xəbər verir ki, futbolçu "Fənərbaxça"ya transfer olmağa razılıq verib. Bildirilir ki, “Fənərbaxça”nın məşqçisi Joze Mourinyo “Tottenhem”də işləyərkən Heung Min-Sonun oyunundan razı qalıb. Oyunçu yenidən Joze Mourinyo ilə işləmək istəyir. İddialara görə, “Tottenhem”də 6 milyon avro qazanan futbolçu "Fənərbaxça"dan illik 9 milyon avro tələb edib.
“Tottenhem”in futbolçu üçün 30 milyon avro tələb etdiyi irəli sürülür. Futbolçunun müqaviləsi gələn mövsüm başa çatacağından London komandası oyunçusundan transfer haqqı qazanmaq istəyir.