Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır.
Mis.az Teleqraf-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin açılışı zamanı çıxışında deyib.
Nazir bildirib ki, son dövrlər əmək qanunvericiliyinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafına xidmət etməklə yanaşı, işəgötürənlərə münasibətdə daha humanist yanaşmaları özündə əks etdirir.
Onun sözlərinə görə, əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimənin şərti tətbiq edilməsinin dairəsi genişləndirilərək belə maddələrin sayı 10-a çatdırılıb. Həmin maddələr üzrə pozuntulara yol verən işəgötürənlərə onların aradan qaldırılması üçün vaxt verilir, işçilərin əmək hüquqları bərpa edildikdə işəgötürən cərimə ödəməkdən azad olunur. Bu həm də işçilərin hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərini yerinə yetirməsinə əlavə stimul yaradır.
Nazir “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi üzərindən artıq təxminən 1,6 milyondan artıq əmək müqaviləsinin e-qaydada bağlandığını, bunun da mövcud əmək müqavilələrinin 87 faizini təşkil etdiyini bildirib.