Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Bornmut”un ukraynalı müdafiəçisi İlya Zabarnıy ilə prinsipial razılığa gəlib.
Mis.az xəbər verir ki, bu barədə məşhur futbol insayderi Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, tərəflər 5 illik müqavilənin şərtləri üzərində razılığa gəliblər. Hazırda klublar arasında transferin maliyyə detalları ilə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2024/2025 mövsümündə Premyer Liqada 36 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.