Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İran, İsrailin onun ərazisinə hücumları davam etdiyi təqdirdə atəşkəs danışıqlarına qatılmaqdan imtina edib.
Mis.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata əsasən, İran bu mövqeyini bölgədə vasitəçilik missiyasını həyata keçirən Qətər və Oman rəsmilərinə çatdırıb.
Rəsmi Tehran qeyd edib ki, İsrailin hücumları tam dayandırılmadan atəşkəslə bağlı heç bir danışıqlar mümkün deyil.