Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Mis.az TASS-a istinadən xəbər verir ki, Putin Trampı İsrailin baş naziri Netanyahu və İran lideri Pezeşkian ilə telefon əlaqəsi barədə məlumatlandırıb.
O, Trampa Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb və qeyd edib ki, Moskva danışıqlar üçün konkret addımlar təklif edib.
Tramp İsrailin İrandakı hədəflərə endirdiyi zərbələrin effektivliyini etiraf edərək, Yaxın Şərqdəki vəziyyəti çox narahatedici kimi qiymətləndirib.
Putin və Tramp İranın nüvə proqramı ilə bağlı danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.
Rusiya prezidenti Trampı Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda əldə etdiyi razılaşmaların icrası ilə bağlı məlumatlandırıb. Rusiya tərəfi razılaşdırıldığı kimi, iyunun 22-dən sonra ukraynalılarla danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb. ABŞ prezidenti Putinlə söhbətində Rusiya-Ukrayna münaqişəsinə tezliklə son qoyulmasında maraqlı olduğunu bildirib.
20:01
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Mis.az TASS-a istinadən xəbər verir ki, söhbət 50 dəqiqə davam edib.
Rusiya tərəfi görüşü faydalı hesab edib.