Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Şokolad dünyada milyonlarla insanın sevdiyi dadlardanbiridir. Azərbaycanda da şokolada olan maraq ildən-ilə artır. Mağazalarınvitrinlərində fərqli ölkələrdən gətirilən məhsullar geniş çeşiddə təqdimolunur. Bəs ölkəmizdə satışa çıxarılan şokaladlar əsasən haradan idxal olunur?
“Ulduz” Şokolad Fabrikinin icraçı direktoru Kazım BabayevMis.az-a açıqlamasında bildirib ki, ölkəmizə xüsusilə də Rusiya vəUkraynadan şokoladlar gətirilir:
“Hazırda ölkədə fəaliyyət göstərən əsas istehsalmüəssisələrindən biri “Ulduz” şokolad zavodudur. Zavod həm ölkədaxili tələbatıyüksək səviyyədə ödəyir, həm də 20-dən çox ölkəyə, o cümlədən SəudiyyəƏrəbistanı və demək olar ki, bütün Orta Şərq ölkələrinə məhsul ixrac edir.Məhsullarımız bu bazarlarda yaxşı tanınır. Eyni zamanda, bizim əsas prinsiplərimizdənbiri də keyfiyyətli məhsul istehsalıdır. Keyfiyyət zənciri xammaldan başlayır.Keyfiyyətli avadanlıq, peşəkar komanda, müasir texnologiya və keyfiyyətlimarketinq - hamısı sintez təşkil edir. Bu zəncirin hər hansı bir halqasında zəiflikolsa, məhsulun ümumi keyfiyyəti zərər görə bilər. Buna görə də keyfiyyətənəzarət sistemi çox güclüdür və istehsal prosesi, texnoloji yeniliklər daimnəzarətdə saxlanılır. Biz texnologiyaya ciddi investisiyalar qoyuruq”.
K.Babayev şokalad qiymətlərindən də danışıb:
“Xammal əsasən Rusiyadan gətirilir, amma bu bazarda qiymətlərçox tez-tez dəyişir. Məsələn, kakao tozu və şokoladın əsas tərkibi olan kakao çəyirdəyindənəmələ gəlir. Bu isə Rusiya və ətraf coğrafiyalarda yetişmir, ona görə də buməhsullar digər ölkələrdən, o cümlədən Afrika və digər ölkələrindən ixrac olunur.Son 18 ay ərzində kakao qiymətləri ciddi şəkildə bahalaşıb, təxminən 2 000dollardan 10 000 dollara qədər yüksəlib”.
Bəzən sual olunur ki, ucuz şokoladdan zəhərlənmə baş verəbilər?
Müsahibimiz bildirib ki, məsələ ucuz və bahalı olmaqda deyil,məsələ keyfiyyətli və keyfiyyətsiz məhsul arasındadır:
“Ucuz şokolad həmişə keyfiyyətsiz demək deyil. Burada əsasməsələ tərkibində nələrin istifadə olunmasıdır. Məsələn, xalis şokolad var,amma bəzi hallarda tərkibinə əlavə maddələr – kişmiş, püstə və s. əlavə olunur.Bu, həm dad fərqinə, həm də məhsulun qiymətinə təsir edir. Digər önəmli amilisə marka dəyəridir. Dünya miqyasında tanınan bəzi brendlərin yalnız məhsuldeyil, həm də marka dəyəri satılır. Bu da qiymətlərin formalaşmasında böyük roloynayır”.
Sevinc İbrahimzadə / Mis.az