Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Bavariya" ilə yeni müqavilə barədə razılığa gələ bilməyən Leroy Sane karyerasını Türkiyədə davam etdirəcək.
Mis.az xəbər verir ki, futbolçu " Qalatasaray"la anlaşıb. "Bild" nəşrində dərc edilən xəbər görə, tərəflər müqavilə bağlamaq üzrədir.
Qeyd edək ki, bundan əvvəl "Bavariya"nın futbolçuya 10 milyon avro məvacib və 5 milyon avroya qədər bonus təklif etdiyi irəli sürülmüşdü. Leroy Sane isə klubdan illik 12 milyon avro məvacib və 3 milyon avro bonus tələb edib. Tərəflər razılığa gələ bilməyib.
Leroy Sanenin "Bavariya" ilə müqaviləsi yekunlaşmaq üzrədir. O, 2020-ci ildə "Bavariya"da çıxış edir.