Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Məktəblərdə dərs vəsaitləri artıq yığılıb, amma buna baxmayaraq,şagirdlərdən son zəngədək məktəbə davam etmələri tələb olunur. Dərslər faktikikeçirilmir və bu da 14 iyuna qədər uşaqların məktəbə getməsinin nə dərəcədə məntiqliolduğunu sorğulayır.
Təhsil eksperti Elşən Qafarov Mis.az-a açıqlamasında bildirib ki, tədrisilinin müddəti Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəliqərarı ilə tənzimlənir və tədris ili iyunun 14-də başa çatır. Amma çox təəssüfolsun ki, hələ may ayından etibarən ayrı-ayrı məktəblərdə dərsliklər yığılmağabaşlayıb.
Ekspert bunun əsas səbəbi kimi buraxılış imtahanlarının tədris ilininsonuna, yəni iyunun 14-nə hələ 12-14 həftə qalmış, mart və aprel aylarındakeçirilməsini göstərib:
“Bu səbəbdən məktəbin əsas aparıcı qüvvəsi olan buraxılış sinifləriimtahandan sonra dərsə gəlmir və düşünürlər ki, hər şey buraxılış imtahanlarınaqədərdir. Onların məktəbə gəlməməsi məktəbdə bütün nizam-intizamı, o cümlədəndavamiyyəti pozur. Bu zaman bir çox hallarda dərsliklər də it-bata düşür. Təəssüfki, direktorlar şagirdləri məktəbə cəlb edə bilmədikləri üçün alternativ olaraqdərslikləri erkən yığmağı düşünürlər. Bu isə nəticə etibarı ilə məktəbin ümumitəhsil mühitinə mənfi təsir göstərir”.
E.Qafarovun sözlərinə görə, şagirdlərin sinifdən-sinifə keçmə qaydalarınaəsasən, son summativ qiymətləndirmə iyunun 11-nə qədər aparılmalı, dərsliklərisə iyunun 12-si və 13-ü tarixlərində yığılmalıdır:
“Hazırda məktəb rəhbərləri və müəllimlər çox çətin bir vəziyyətlə üz-üzəqalıblar. Şagirdləri dərsə cəlb etmək mümkün olmur, davamiyyətlə bağlıtədbirlər nəticə vermir və bu kütləvi hal aldıqda, məktəb rəhbərliyi çıxılmazduruma düşür. Nəticədə dərsliklər də it-bata düşür və məktəblərdə təhsil mühitigetdikcə daha da pisləşir. Əslində, dərsliklər iyunun 12-13-də yığılmalıdır.Amma bu mümkün olmur. Təəssüf ki, təhsil idarəetmə orqanları da bu proseslərənəzarət edə bilmir. Hər hansı məsələ ictimailəşəndə, məktəb rəhbərinicəzalandırmaqla problemin həllini düşünürlər. Amma məktəb rəhbərinin yanındaheç kim olmur. Bu, tək-tük məktəblərdə deyil, əksər məktəblərdə müşahidə olunurvə artıq sistemli xarakter daşıyır. Hətta “şagird nizam-intizam qaydalarınıntətbiq olunduğu” məktəblərdə də vəziyyət eynidir”.
Ən böyük problemlərdən biri olaraq da təhsil idarəetmə orqanlarının iflicvəziyyətə düşməsini vurğulayan mütəxəssis qeyd edib ki, bu orqanlar təhsilprosesini sistemli şəkildə nə idarə edə, nə də ona nəzarət edə bilirlər:
“Təsəvvür edin ki, təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsində üç ildənartıqdır müdir vəzifəsi vakantdır. Hazırda bu vəzifəni həm Təhsil Agentliyininmüdir müavini, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi yerinəyetirir. Ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ölkənin ən böyük yerlitəhsil idarəetmə orqanıdır. Hər üç şagirddən biri bu idarəyə tabe olanməktəblərdə təhsil alır. Hər beş müəllimdən biri isə həmin məktəblərdə çalışır.Bu qədər böyük bir idarəetmə orqanının fəaliyyətinin iflic vəziyyətinə düşməsidə prosesə təsir edir”.
Sevinc İbrahimzadə / Mis.az