Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Şəxsi həyətində yeni tikili inşa etmək istəyən vətəndaş problemlə üzləşib. Ondanhəmin tikilini sökməsi, yaxud müəyyən qədər pul verməsi tələb olunub. Buçətinliklərlə bağlı şəxs sosial media qrupularından birində paylaşım edib. Bəshansı hallarda vətəndaş öz həyətində yeni tikili ucalda bilməz?
Əmlak eksperti Elnur Azadov Mis.az-a açıqlamasında bildirib ki, bütüntikinti işləri ölkədə Tikinti Məcəlləsi və şəhər planlamasına uyğun aparılır:
“İlk növbədə, vətəndaşın tikinti aparmaq istədiyi torpaq sahəsinə dairmülkiyyət sənədi, yaxud çıxarışı olmalıdır. Müqavilə əsasında istifadəyəverilmiş torpaqlarda da tikinti mümkündür, lakin çıxarışın olması mütləqdir. İkincimühüm məsələ isə torpağın təyinatıdır. Torpaq yaşayış məntəqələrikateqoriyasına aid olmalı, yəni yaşayış üçün nəzərdə tutulmuş həyətyanı sahəkimi qeydiyyatda olmalıdır. Əgər torpaq digər təyinatlıdırsa, orada tikintiaparmaq qanunsuz hesab olunur”.
E.Azadovun sözlərinə görə, əgər vaxtilə həmin sahədə hər hansı bir tikintiaparılıbsa və vətəndaş əlavə tikinti etmək istəyirsə, bu zaman qanunvericilikləmüəyyən olunmuş şərtlərə və qonşuluq münasibətlərinə əməl olunmalıdır:
“Məsələn, tikinti 5 kvadratmetrə qədər və hündürlüyü 2 metrdən aşağıdırsa,xüsusi icazə tələb olunmur. Lakin tikinti sahəsi və hündürlüyü daha böyükdürsə,bu zaman həmin tikilinin gələcəkdə çıxarışa düşməsi üçün layihələndirilməsizəruridir. Belə hallarda vətəndaş aidiyyəti qurumlara, müvafiq layihəinstitutlarına müraciət etməli, onlar isə sənədlərə əsasən layihə hazırlayaraqtəqdim etməlidirlər. Tikinti də həmin layihəyə uyğun şəkildə aparılmalıdır”.
Sevinc İbrahimzadə / Mis.az