Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsi -mindirib-düşürmə yeri yaradılıb. Bəs şəhərin başqa hansı küçələrində buməntəqələrdən yaradılmasına ehtiyac var?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Mis.az-a açıqlamasında bildirib ki, AzərbaycanYerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu istiqamətdə təhlillər aparır,mümkün imkanları araşdıraraq bu yöndə işlər görür:
“Əsasən, şəhərin digər hissələrində də oxşar məntəqələrin təşkilinə böyük ehtiyacvar. Məsələn, Yusif Səfərov küçəsi belə bir məntəqə üçün uyğun yerlərdənbiridir”, - deyə R.Ağamirzəyev əlavə edib.
Qeyd edək ki, başqa hansı küçələrində bu məntəqələrdən yaradılacağı iləbağlı AYNA-dan sorğumuza cavab verilib ki, məlumat olduğu təqdirdə təqdim ediləcək.
Sevinc İbrahimzadə / Mis.az