Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İtaliyanın "Breşia" klubu iflasa uğrayıb.
Mis.az xəbər verir ki, bu barədə klub rəhbərliyi açıqlama verib. Məlumata görə, klub 3 milyon dollarlıq borcunu ödəyə bilməyib. Buna görə rəhbərlik klubun iflasa uğradığını bəyan ediblər.
Qeyd edək ki, 1911-ci ildə yaradılan "Breşia" İtaliyanın B seriyasında yer almışdı. 5 il əvvəl klub A seriyasına yüksəlmişdi. Tarixi klubda Roberto Baco, Xosep Qvardiola, Andrea Pirlo və digər məşhur futbolçular forma geyinib.