Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Kolumbiyanın paytaxtı Boqotada senatora və prezidentliyə potensial namizəd Migel Uribe Turbaya sui-qəsd cəhdi olub.
Mis.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, güllə yarası alıb.
Senator tədbirdə çıxış edərkən iki silahlı şəxs onu arxadan güllələyib. Bundan sonra gələnlər və yerli sakinlər arasında təşviş yaranıb.
Qeyd edilib ki, altı güllədən ikisi siyasətçinin başına dəyib.
Rəsmi tibbi hesabat dərc edilməsə də, siyasi liderə yaxın mənbələr onun şüurlu olduğunu və daimi müşahidə altında saxlanıldığını bildirilir.