Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Yay aylarında bəzi qidaların istehlakı riskli ola bilər.
Mis.az-ın məlumatına əsasən, isti havalarda bəzi məhsullar daha tez xarab olur və qida zəhərlənməsi ehtimalı artır.
Mütəxəssislər bildirirlər ki, süd, qatıq və pendir kimi süd məhsulları isti şəraitdə tez turşuyur və mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Buna görə, bu növ məhsulların soyuducuda saxlanması və açıq havada uzun müddət qalmaması vacibdir.
Eyni zamanda, bişməmiş və ya yarıbişmiş ət, kolbasa, sosiska kimi ət məhsulları da yüksək temperaturda bakteriyaların inkişafı üçün əlverişli mühit yaradır. Mütəxəssislər ətlərin tam bişirilməsini və soyuducuda saxlanmasını tövsiyə edirlər.
İsti havada mayonezlə hazırlanmış salatlar da bakteriyaların çoxalmasına səbəb olur. Bu səbəbdən salatların soyuq şəraitdə saxlanması və uzun müddət açıqda buraxılmaması məsləhət görülür.
Bundan əlavə, balıq və dəniz məhsulları sürətlə xarab olaraq ciddi sağlamlıq problemlərinə yol aça bilər. Ona görə, bu məhsulların təzə alınması və soyuducuda saxlanması önəmlidir.
Sevinc İbrahimzadə / Mis.az